G7-nin iclasında Kuleba və Stoltenberq də iştirak edəcək
"Yeddilik" qrupuna (G7) sədrlik edən İtaliya Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, NATO-nun baş katibi Yens Stoltenberq və "Böyük iyirmilik" ölkələrinin bəzi xarici işlər nazirlərini dəvət edərək, xarici işlər nazirlərinin iclasının iştirakçılarının sayını genişləndirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tacani bildirib.
"Aprelin 17-dən 19-dək Kapridə baş tutacaq görüşdə İtaliyanın xarici işlər naziri Kuleba, NATO-nun baş katibi Stoltenberq və sürətlə inkişaf edən G20 ölkələrinin nümayəndələri iştirak edəcək", - deyə Tacani qeyd edib.
O, konkret olaraq Braziliya, Hindistan və Mavritaniyanın dəvət edildiyinə aydınlıq gətirib. Nazir bildirib ki, onların iştirakı üçün ayrıca xüsusi sessiyalar təşkil olunacaq.
Tacani bildirib ki, müzakirələrdə Ukrayna münaqişəsi, Fələstin-İsrail qarşıdurması və Qəzza zolağındakı vəziyyət, həmçinin Hind-Sakit okean regionunda - Tayvan və Filippin ətrafında təhlükəsizlik məsələləri müzakirə olunacaq. Bundan əlavə, terror təhlükəsi, eləcə də Qırmızı dənizdə təhlükəsiz naviqasiya və Afrika qitəsində sabitlik ilə bağlı mövzular müzakirə olunacaq.
"Moskvadakı terror aktından sonra hamımız qeyri-sabitliyin daha da pisləşməsindən qorxuruq. Amma mən müharibəyə çağırışın, müharibənin iqtisadiyyatından danışmağın əleyhinəyəm", - Tacani deyib.
O, həmçinin aydınlaşdırıb ki, G7 xarici işlər nazirlərinin ikinci görüşünün daha sonra Fiuggidə (Romadan 70 km cənubda yerləşən termal kurort) keçirilməsi planlaşdırılır.