Menyu

KİV: Burkina Faso ordusu 100-dən çox terrorçunu məhv edib

KİV: Burkina Faso ordusu 100-dən çox terrorçunu məhv edib

Burkina Faso ordusu ölkənin şərqindəki Komonjari əyalətinin Kiani kəndində bir gündə 100-dən çox terrorçunu məhv edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Burkinabe" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçular pusquya salınıb, onların bir hissəsi məhv edilib, qalanları isə sığınacağı tərk ediblər. Bundan başqa, 60-dan çox motosiklet, 50-yə yaxın AK-47 avtomatı, pulemyot, qumbaraatan və minlərlə sursat, həmçinin 60 tona yaxın ərzaq malları ələ keçirilib.

Burkina-Faso hərbçiləri Kelbo kommunasının şimalında yerləşən terrorçu bazanı da nəzarətə götürüb və bir neçə yaraqlı öldürülüb. Agentlik həmçinin Nasumbu kommunasının şimalında terrorçuların zirehli maşınlarına hava zərbələri endirdiyini bildirir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər