Menyu

Ermənistan: Aİ və ABŞ ilə münasibətlər heç kimə qarşı yönəlməyib

Ermənistan: Aİ və ABŞ ilə münasibətlər heç kimə qarşı yönəlməyib

Avropa İttifaqı (Aİ) və ABŞ ilə münasibətlər üçüncü ölkələrə qarşı deyil.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında aprelin 5-də planlaşdırılan görüşlə bağlı “Armenpress” agentliyinin sualını cavablandırarkən deyib. 

"Görüş Ermənistan-ABŞ, Ermənistan-Aİ ikitərəfli gündəmlərini, eləcə də Ermənistan-ABŞ-Aİ münasibətlərinə dair məsələləri müzakirə etmək üçün dəyərli fürsətdir. Biz aramızda siyasi dialoqa, Ermənistan-ABŞ münasibətlərinin inkişafına dair substantiv müzakirələri gözləyirik. Yüksək səviyyəli görüş mövcud münasibətləri inkişaf etdirmək və dərinləşdirmək məqsədi daşıyır və üçüncü ölkələrlə bağlı deyil. Onun kiməsə qarşı yönəldilməsi iddiaları yersiz, əsassız və sünidir", - Badalyan bildirib. 

Teqlər:

"Erm\u0259nistan: A\u0130 v\u0259 AB\u015e il\u0259 m\u00fcnasib\u0259tl\u0259r he\u00e7 kim\u0259 qar\u015f\u0131 y\u00f6n\u0259lm\u0259yib"

Əlaqəli Xəbərlər