Menyu

“Dünyada ilin avtomobili” müsabiqəsinin qalibi seçilib

Nərmin Qocamanlı
“Dünyada ilin avtomobili” müsabiqəsinin qalibi seçilib

Nyu-Yorkda “Dünyada ilin avtomobili” müsabiqəsinin qalibi müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, avtomobil şousunun açılışında "Dünyada İlin Avtomobili" (WCOTY) mükafatı təqdim olunub və bu dəfə "Kia EV9" ən yaxşı avtomobil kimi tanınıb. Model ən yüksək mükafatla yanaşı, həm də ən yaxşı elektrik avtomobili adını da alıb. ABŞ-da qiyməti 55 min dollardan başlayan böyük "Kia" elektrik krossoveri birincilik uğrunda "BYD Seal" və "Volvo EX30" ilə yarışıb.

Ardıcıl iki il qalib gələn "Hyundai" bu dəfə "Kia"ya uduzub. Lakin mükafatsız qalmayıb. "Ioniq 5 N" ən yaxşı idman avtomobili elan edilib. Elektrik mühərrikləri 650 at gücünə qədər inkişaf edir və onu 3,4 saniyəyə sıfırdan birinci "yüzlüyə" sürətləndirir. "BMW i5/5-Series" ən yaxşı lüks avtomobil adı üçün "Mercedes E-Class" və "EQE"ni geridə qoyub. 

"Volvo EX30" krossoveri ən yaxşı şəhər avtomobili kimi tanınıb. "Volvo"nun rəqibləri isə "BYD Dolphin" və "Lexus LBX" olub.

"Ən yaxşı dizayn" mükafatını isə "Toyota Prius" qazanıb. Beşinci nəsildə əhəmiyyətli transformasiyaya uğrayan model hamar xətləri və C formalı optika ilə daha idman görünüşünü əks etdirir.

Teqlər:

"\u201cD\u00fcnyada ilin avtomobili\u201d m\u00fcsabiq\u0259sinin qalibi se\u00e7ilib"

Əlaqəli Xəbərlər