16 Dekabr 2022, 15:34
Afrikada “Rus evi” mədəniyyət mərkəzinin rəhbərinə qarşı sui-qəsd təşkil edilib

Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində “Rus evi” mədəniyyət mərkəzinin rəhbəri Dmitri Sıtoya qarşı sui-qəsd edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyi məlumat yayıb.
Məlumata görə, mərkəz rəhbərinə içərisində partlayıcı maddə olan anonim bağlama daxil olub, nəticədə o, ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.