Menyu

ABŞ bu il Baltikyanı ölkələrə müdafiə üçün 228 milyon dollar ayırıb

Nərmin Qocamanlı
ABŞ bu il Baltikyanı ölkələrə müdafiə üçün 228 milyon dollar ayırıb

ABŞ Estoniya, Latviya və Litvanın müdafiə qabiliyyətini gücləndirmək üçün 2024-cü ildə 228 milyon dollar yardım ayırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ Litvanın strateji tərəfdaşıdır və Baltikyanı regionun təhlükəsizliyini təmin edən əsas müttəfiqlərdən biridir. Amerikalılar Baltikyanı ölkələrdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində, regionun təhlükəsizliyinin və sabitliyinin möhkəmləndirilməsində son dərəcə fəal iştirak edirlər”, - Laurinas Kasciunas bildirib.

Nazirlikdən verilən məlumata görə, pulun üçdə biri Litvaya ayrılacaq. vəsait silahlı qüvvələrin imkanlarının təkmilləşdirilməsi, zenit və artilleriya potensialının gücləndirilməsi, döyüş sursatlarının alınması üçün istifadə olunacaq.

Qeyd edək ki, 2023-cü ildə ABŞ müxtəlif maliyyə mexanizmləri vasitəsilə təkcə Litvaya təxminən 200 milyon dollar ayırıb.

Teqlər:

"AB\u015e bu il Baltikyan\u0131 \u00f6lk\u0259l\u0259r\u0259 m\u00fcdafi\u0259 \u00fc\u00e7\u00fcn 228 milyon dollar ay\u0131r\u0131b"

Əlaqəli Xəbərlər