Hidrogen yanacağı ilə işləyən qatar rekord uçuş həyata keçirib
Nərmin Qocamanlı
Hidrogen yanacağı ilə işləyən qatar 46 saat ərzində 2803 km məsafəni fasiləsiz qət edə bilib.
"Operativ Media" xəbər verir ki, onun dizaynı İsveçrənin “Stadler” şirkəti tərəfindən hazırlanıb.
Belə göstəricilərə şirkətin mühəndisləri ABŞ-ın Kolorado ştatında xüsusi sınaq meydançasında idarə olunan iki vaqonlu hidrogenlə işləyən sərnişin qatarından istifadə edərək nail olublar.
Bildirilib ki, qatar Ginnesin Rekordlar Kitabına (GWR) düşüb.
Qeyd edək ki, hidrogen yanacaq elementləri vasitəsilə elektrik enerjisinə çevrilir. Sistem aralıq akkumulyatordan istifadə edir ki, bu da qatar əyləclənərkən enerjinin bərpasına imkan verir və bununla da ümumi səmərəliliyi artırır.
Teqlər:
"Hidrogen yanaca\u011f\u0131 il\u0259 i\u015fl\u0259y\u0259n qatar rekord u\u00e7u\u015f h\u0259yata ke\u00e7irib"