http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SDU-ya yeni prorektor təyin olunub

28 Mart 2024 , 19:26
SDU-ya yeni prorektor təyin olunub

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub.

"Operativ Media" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.

K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr təhsili alıb.

2007-2009-cu ildə eyni universitetdə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2023-cü ildən Təhsil İnstitutunun direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin noyabrında Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunub.

“Web of Science”, “Scopus”, kimi elmmetrik bazalarda indekslənən müxtəlif beynəlxalq jurnallarda və yerli jurnallarda nəşr olunan ümumilikdə15-dən çox elmi məqalənin, 6 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. Təhsillə əlaqəli 7 beynəlxalq konfransda çıxış edib. 6 beynəlxalq və bir yerli elmi jurnalda rəyçidir. 

OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tıxac olan yollar açıqlanıb

Bakıda tıxac olan yollar açıqlanıb

XƏBƏR LENTİ
  • 09:40

    İraq 30 ildən sonra Türkiyə sərhədində baza qurub
  • 09:33

    Blinken Səudiyyə Ərəbistanına səfərə gəlib
  • 09:28

    Cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
  • 09:16

    Musa Qurbanlı əsas heyətə qayıtdı
  • 09:14

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:02

    Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • 09:00

    Azərbaycan PL: "Zirə" "Araz-Naxçıvan"a qarşı
  • 08:36

    Bakıda tıxac olan yollar açıqlanıb
Menyu