Ağ Ev: ABŞ Rusiyaya terror hücumu təhlükəsi barədə ətraflı məlumat verib
Vaşinqton administrasiyası iddia edir ki, ABŞ Krasnoqorsk faciəsi ərəfəsində Rusiya Federasiyasına terror aktı təhlükəsi barədə aydın və ətraflı məlumat verib.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun versiyasına görə, əslində, Birləşmiş Ştatlar bu terror hücumunun qarşısını almağa kömək etməyə çalışıb: "Martın 22-də baş verən hücumdan əvvəl Birləşmiş Ştatlar Moskvadakı böyük toplantı və konsertlərə qarşı terror təhlükəsi ilə bağlı Rusiya hakimiyyət orqanlarına aydın və ətraflı məlumat verib".
Teqlər:
"A\u011f Ev: AB\u015e Rusiyaya terror h\u00fccumu t\u0259hl\u00fck\u0259si bar\u0259d\u0259 \u0259trafl\u0131 m\u0259lumat verib"