Menyu

NATO müttəfiqləri Ukraynanın müdafiəsini gücləndirməyə davam edəcək

NATO müttəfiqləri Ukraynanın müdafiəsini gücləndirməyə davam edəcək

NATO-ya üzv ölkələr Ukraynanın müdafiəsini gücləndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurasının Brüsseldə səfirlər səviyyəsində keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

"NATO-Ukrayna Şurası cümə axşamı (28 mart 2024-cü il) Rusiyanın Ukraynadakı son aviazərbələrinin ardınca iclas keçirib. Müttəfiqlər Rusiyanın hava zərbələrinin eskalasiyasını qətiyyətlə pisləyib və Ukraynanın müdafiəsini daha da gücləndirmək öhdəliyini təsdiqləyiblər", - bəyanatda qeyd edilir.

Sənəddə vurğulanır ki, Rusiyanın hücumlarını artırması Ukraynaya daimi dəstək üçün təcili ehtiyac olduğunu nümayiş etdirir.

Martın 22-də Rusiya Müdafiə Nazirliyi enerji obyektlərinə, hərbi-sənaye kompleksinə, dəmir yolu qovşaqlarına, arsenallara, Ukrayna hərbçilərinin və muzdlularının yerləşdirildiyi yerlərə uzaqmənzilli dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirildiyini elan edib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər