Menyu

Vuçiç: Serbiyada vəziyyət sabit və təhlükəsizdir

Vuçiç: Serbiyada vəziyyət sabit və təhlükəsizdir

"Həm Serbiyanın, həm də Srpska Respublikasının həyati milli maraqlarını birbaşa təhdid edən məlumatlarla bağlı daha əvvəl verdiyi açıqlamalara baxmayaraq, ölkədə vəziyyət sabit və təhlükəsizdir".

"Operativ Media" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib. 

"Vəziyyət stabil və təhlükəsizdir. Çətindirmi? Bəli, çox çətindir və bu barədə sonra danışacağıq, amma bu gün müzakirə etmək istəmirəm. Bizə bu qədər pul verən insanlara qarşı haqsızlıq olardı. Bu gün başqa bir şey haqqında danışaq. Axı mən bu mövzuda bir cümlə belə desəm, bu, sizin üçün başlıq olacaq, bizim burada hansı işləri apardığımız və onlarla birlikdə nə etdiyimiz yox", - Vuçiç müvafiq sualı cavablandırarkən vurğulayıb. 

Serbiya lideri cümə axşamı hökumət nümayəndələri və Aİ-nin Serbiyadakı nümayəndə heyətinin rəhbəri Emmanuel Jofre ilə birlikdə Nis şəhərindən Bolqarıstanla sərhədə qədər Aİ-nin vəsaitləri hesabına maliyyələşdirilən yüksək sürətli dəmir yolunun tikintisini də yoxlayıb. 

Vuçiç daha əvvəl sosial şəbəkələrdə Serbiyanın çətin günlərlə üzləşdiyini və son bir neçə gündə alınan xəbərlərin həm Serbiyanın, həm də sözdə Serb Respublikasının həyati vacib milli maraqlarını birbaşa təhdid etdiyini bildirmişdi.

Teqlər:

"Vu\u00e7i\u00e7: Serbiyada v\u0259ziyy\u0259t sabit v\u0259 t\u0259hl\u00fck\u0259sizdir"

Əlaqəli Xəbərlər