Pentaqon: Ukraynada eskalasiya riski əvvəlki qədər yüksək deyil
ABŞ Müdafiə Nazirliyi Kiyevə ATACMS taktiki ballistik raketlərin tədarükü perspektivi ilə bağlı iddia edir ki, Ukraynada gərginliyin artması təhlükəsi artıq əvvəlki kimi yüksək deyil.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun bildirib.
"Mən hiss edirəm ki, eskalasiya riski prosesin əvvəlində olduğu qədər yüksək deyil", - Braun qeyd edib.
Eyni zamanda, amerikalı hərbi lider Rusiya Silahlı Qüvvələrinin Ukraynada yeni iri hücum əməliyyatına başlamaq imkanını şübhə altına alıb: "Əvvəla, rusların böyük bir hücuma keçə biləcəyini bilmirəm". Onun fikrincə, Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı son bir ildə xeyli vəsait xərcləyib.