İsrailin Suriyanın paytaxtı Dəməşq çölündə bir binaya hava hücumu təşkil etdiyi iddia edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi hərbi mənbələrinə əsaslanaraq məlumat yayıb.
"Havadan müdafiə sistemlərimiz Qolan təpələrindən gələn düşmən raketlərini ələ keçirərək əksəriyyətini vurub. Hücum zamanı 2 mülki vətəndaş yaralanıb və maddi ziyan dəyib", - məlumatda qeyd edilib.
İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.
Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan Hizbullahının, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarının ünsürləri var.
Qeyd edək ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Teqlər:
"K\u0130V: \u0130srail D\u0259m\u0259\u015fq\u0259 hava h\u00fccumu t\u0259\u015fkil edib"