2027-ci ildə Ermənistanda ağır atletika üzrə dünya çempionatı keçiriləcək
Nərmin Qocamanlı
2027-ci ildə Ermənistanda ağır atletika üzrə dünya çempionatı keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu qərarı Beynəlxalq Ağır Atletika Federasiyası verib.
Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan sosial şəbəkələrdə yazıb ki, bu il Ermənistan Azərbaycan bayrağının yandırılması hadisəsinə görə dünya çempionatına ev sahibliyi etmək fürsətini əldən verib.
Bu yaxınlarda İrəvanın müraciəti yenidən təqdim olunub və təsdiqlənib. 3 ildən sonra ölkədə ilk dəfə Olimpiya idman növləri üzrə dünya çempionatı keçiriləcək.