Menyu

Qəzzada ölənlərin sayı 32 min 623-ə çatıb

Nərmin Qocamanlı
Qəzzada ölənlərin sayı 32 min 623-ə çatıb
1 dəq oxu

İsrail ordusunun ötən ilin 7 oktyabrından bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 32 min 623 nəfərə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.

O bildirib ki, son 24 saatda hücumlarda daha 71 fələstinli həyatını itirib, 112 fələstinli yaralanıb.

Qəzza bölgəsində 175 gündür davam edən münaqişə nəticəsində 75 min 92 nəfər yaralanıb.

Əlaqəli Xəbərlər