Papikyanın başçılığı ilə Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
Nərmin Qocamanlı
Martın 29-da Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində nazirliyin kollegiya iclası keçirilib.
"Operativ Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclasa Ermənistanın müdafiə idarəsinin rəisi Suren Papikyan başçılıq edib.
İclasda silah və hərbi texnikanın inkişafı proqramının icrası ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Papikyan məsul idarələrin rəhbərlərinə bir sıra tapşırıqlar verib.