Polşa 2024-cü il Olimpiya Oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün Fransaya hərbi personal və itlər göndərəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış "X" səhifəsində məlumat verib.
O, Polşa Silahlı Qüvvələrinin Olimpiya Oyunlarına hazırlıq və təhlükəsizliyi təmin etmək üçün Fransanın yaratdığı koalisiyada birbaşa iştirak edəcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, Polşa ordusu itlərlə birlikdə partlayıcı maddələr axtaracaq və mümkün terror hücumlarına qarşı çıxacaq.