Menyu

Ukrayna DİN sözdə Dnestryanı XİN rəhbərini axtarışa verib

Ukrayna DİN sözdə Dnestryanı XİN rəhbərini axtarışa verib

Ukrayna Daxili İşlər Nazirliyi tanınmamış Dnestryanı bölgənin xarici işlər naziri Vitali İqnatyevi axtarışa verib.

"Operativ Media" xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin saytında İqnatyevin Ukraynanın ərazi bütövlüyünə qəsddə şübhəli bilindiyi bildirilir. 

İqnatyev Odessa vilayətindəndir; 2024-cü ilin əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti ona 15-17 yanvar tarixlərində Cinayət Məcəlləsinin bu maddələrində nəzərdə tutulmuş hərəkətləri törətməkdə şübhəli bilinən yazılı bildiriş təqdim etmək üçün çağırılacağını elan edib. 

Teqlər:

"Ukrayna D\u0130N s\u00f6zd\u0259 Dnestryan\u0131 X\u0130N r\u0259hb\u0259rini axtar\u0131\u015fa verib"

Əlaqəli Xəbərlər