İsrailin müdafiə naziri: Hizbullaha qarşı hücumları artıracağıq
İsrailin müdafiə naziri Yoav Qallant Hizbullaha qarşı hücumlarını artıracaqlarını bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrailin müdafiə naziri Yoav Qallant Safeddəki Şimal Ordu Komandanlığında məsələ ilə bağlı qiymətləndirmələr edib.
İsrailin Hizbullaha qarşı "müdafiə mövqeyi"nin artıq təqibə çevriləcəyini ifadə edən Qallant qeyd edib: "Beyrutda, Şamda və daha uzaqlarda təşkilatın fəaliyyət göstərdiyi hər yerə çatacağıq".