Zelenski prezident aparatı rəhbərinin iki müavini işdən çıxarıb
Ukrayna prezidenti Volodimir Zelenski ofisində dəyişiklik edib.
"Operativ Media" xəbər verir ki, müvafiq sərəncamlar dövlət başçısının saytında dərc olunub.
Belə ki, Andrey Smirnov və Aleksey Dneprov prezident aparatı rəhbərinin müavinləri vəzifələrindən azad ediliblər. Onların yerinə Yelena Kovalskaya və İrina Mudraya təyin edilib.
Bu kadr qərarlarının səbəbləri barədə məlumat verilmir.
Teqlər:
"Zelenski prezident aparat\u0131 r\u0259hb\u0259rinin iki m\u00fcavini i\u015fd\u0259n \u00e7\u0131xar\u0131b"