Menyu

Vuçiç Kazanda keçiriləcək BRİCS sammitində iştirak edə bilər

Vuçiç Kazanda keçiriləcək BRİCS sammitində iştirak edə bilər

Serbiya lideri oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində iştirak etməyi düşünür.

"Operativ Media" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı bildirib.

Vuçiç zalda iştirak edən xarici işlər naziri İvitsa Daçiçə müraciət edərək, Rusiya tərəfinin onu tədbirə xüsusi qonaq kimi dəvət etdiyini vurğulayıb: "BRİCS sammiti oktyabrda nə vaxt olacaq? Mən xüsusi qonaq kimi dəvət olunmuşam. Dəvət üçün təşəkkür edirəm, vaxtı gələndə bu fürsəti nəzərdən keçirəcəyik".

Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrlik Rusiyaya keçib. Bu, ilin sonuna qədər davam edəcək və geniş mövzuları olan 200-dən çox tədbiri əhatə edəcək. Sədrliyin əsas tədbiri 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİCS sammiti olacaq. 

Teqlər:

"Vu\u00e7i\u00e7 Kazanda ke\u00e7iril\u0259c\u0259k BR\u0130CS sammitind\u0259 i\u015ftirak ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər