Böyük Britaniyada yüz minlərlə insan Qəzza üçün milli yürüş keçirib
Nərmin Qocamanlı
İngiltərənin paytaxtı Londonda küçələri dolduran yüz minlərlə fələstinli tərəfdar nümayişçi, İsrailin hücumları altında olan Qəzzada təcili atəşkəs çağırışı ilə 11-ci dəfə milli yürüş keçirib.
"Operativ Media" xəbər verir ki, tarixi Fələstin torpaqlarında İsrail işğalına qarşı müqavimətin simvoluna çevrilən 30 Mart Torpaq Gününün 48-ci ildönümündə paytaxtda Rassel Meydanına toplaşan nümayişçilər fələstinlilərlə birlikdə şəhərin mərkəzindəki məşhur Trafalqar Meydanına gediblər.
Nümayişçilər Qəzzada soyqırımın dayandırılmasını istəyib, Britaniya hökumətini İsrailə silah satdığına görə soyqırımda şərik olmaqda günahlandırıb və silah ixracının tez bir zamanda dayandırılmasını tələb ediblər.
Teqlər:
"B\u00f6y\u00fck Britaniyada y\u00fcz minl\u0259rl\u0259 insan Q\u0259zza \u00fc\u00e7\u00fcn milli y\u00fcr\u00fc\u015f ke\u00e7irib"