Menyu

Bundan sonra Somalidə prezidenti xalq seçəcək

Nərmin Qocamanlı
Bundan sonra Somalidə prezidenti xalq seçəcək

Somalidə parlamentin konstitusiyaya etdiyi dəyişikliklə prezidentin və parlament üzvlərinin artıq xalq tərəfindən seçilməsinə qərar verilib.

"Operativ Media" xəbər verir ki, Somali parlamentinin sədri Şeyx Adan Madobe mətbuata açıqlamasında konstitusiyada dəyişikliklər edildiyi barədə məlumat paylaşıb.

Madobe bildirib ki, qərarla prezidentin səlahiyyət müddətinin 4 ildən 5 ilə yüksəlib.

O, prezidentə həm də baş naziri təyin etmək və istədiyi vaxt vəzifədən azad etmək səlahiyyətinin verildiyini də qeyd edib.

Somali parlamentinin qəbul etdiyi qərar bəzi siyasətçilər və Putland kimi bəzi ştatlar tərəfindən tənqid edilib.

Qeyd edək ki, Somali "4.5 sistemi" adlı qəbilə mərkəzli sistemlə idarə olunur. Ölkənin dörd ən böyük tayfası parlamentdə bərabər sayda təmsil olunduğu halda, digər tayfalar seçdikləri nümayəndələrin yarısı ilə parlamentdə təmsil olunurlar.

Teqlər:

"Bundan sonra Somalid\u0259 prezidenti xalq se\u00e7\u0259c\u0259k"

Əlaqəli Xəbərlər