Menyu

Çin Qazaxıstana birlikdə yeni dəhliz qurmağı təklif edib

Nərmin Qocamanlı
Çin Qazaxıstana birlikdə yeni dəhliz qurmağı təklif edib


Çinin xarici işlər naziri Vanq Yi ölkəsinə səfər edən Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleuya “Bir Kəmər və Yol” Təşəbbüsünün yeni əlaqə dəhlizinin birgə tikintisinə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə  Çin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Çin-Qazaxıstan Xarici İşlər Nazirləri Strateji Dialoqunun ilk iclası paytaxt Pekində keçirilib.

Görüşdə çıxış edən Vanq iki ölkənin tarixi İpək Yolu marşrutu üzərində Şərq-Qərb ticarətini canlandırmaq məqsədi daşıyan “Bir Kəmər və Yol Təşəbbüsü” çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək yüksək səviyyəli yol və keyfiyyətli, dayanıqlı yeni əlaqə dəhlizini birlikdə qurmağı təklif edib.

Vanq iki ölkə arasında əlaqələrin son illərdə güclü inkişaf sürəti qazandığını və qonşu ölkələr arasında qarşılıqlı etimad, dəstək və həmrəyliyin yaxşı nümunəsinə çevrildiyini vurğulayıb.

Nurtleu Qazaxıstanın Çin ilə əlaqələri xarici siyasətində prioritet olaraq gördüyünü, bu ölkə ilə siyasi etimadı, xalqlar arasında qarşılıqlı əlaqəni inkişaf etdirmək, beynəlxalq və regional məsələlərdə sıx koordinasiyanı təmin etmək istədiklərini bildirib.

Teqlər:

"\u00c7in Qazax\u0131stana birlikd\u0259 yeni d\u0259hliz qurma\u011f\u0131 t\u0259klif edib"

Əlaqəli Xəbərlər