Menyu

Türkiyədə seçki günü insident yaşanıb, iki nəfər ölüb

Türkiyədə seçki günü insident yaşanıb, iki nəfər ölüb

Bu gün Türkiyədə baş tutan bələdiyyə seçkilərində insident qeydə alınıb. Hadisə zamanı iki nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Anadolu"agentliyi məlumat yayıb.

Belə ki, Diyarbəkir vilayətinin cənub-şərqində seçicilər arasında mübahisə yaranıb. İnsident qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Vətəndaşlar dəyənək, daş və odlu silahdan istifadə edərək bir-birinə hücum etməyə başlayıblar. Nəticədə bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bursa vilayətinin qərbində baş verən münaqişədə isə bir yerli sakin həlak olub, biri üç yaşlı uşaq olmaqla iki nəfər yaralanıb.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 se\u00e7ki g\u00fcn\u00fc insident ya\u015fan\u0131b iki n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər