Menyu

Papa Fransisk Pasxa bayramında Rusiya və Ukrayna arasında əsirlərin tam mübadiləsinə çağırıb

Papa Fransisk Pasxa bayramında Rusiya və Ukrayna arasında əsirlərin tam mübadiləsinə çağırıb

Papa Fransisk dindarlara etdiyi Pasxa müraciətində Rusiya və Ukrayna arasında məhbusların tam mübadiləsinə, eləcə də Qəzza zolağında humanitar yardıma çıxışın təmin edilməsinə çağırıb.

"Operativ Media" xəbər verir ki, Papanın müraciətində deyilir: 

"Bu gün fikirlərim ilk növbədə İsrail və Fələstində, eləcə də Ukraynada baş verən münaqişələrdən başlayaraq dünyada baş verən çoxsaylı münaqişələrin qurbanlarına ünvanlanıb. Beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağıraraq, Rusiya və Ukrayna arasında bütün məhbusların tam mübadiləsinə ümid edirəm".

"Bundan əlavə, mən bir daha Qəzza zolağında humanitar yardıma çıxış imkanının təmin edilməsinə, oktyabrın 7-də oğurlanmış girovların tezliklə azad edilməsinə və anklavda dərhal atəşkəsə çağırıram", - Papa əlavə edib.

Teqlər:

"Papa Fransisk Pasxa bayram\u0131nda Rusiya v\u0259 Ukrayna aras\u0131nda \u0259sirl\u0259rin tam m\u00fcbadil\u0259sin\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər