Peruda aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb

Nərmin Qocamanlı
Peruda aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb

Peruda prezident Pedro Kastillonun dekabrın 7-də Konqresdəki vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan nümayişlərdə ölənlərin sayı 20 nəfərə çatıb, 500-dən çox insan isə yaralanıb.


Peru Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin müxtəlif şəhərlərində davam edən etirazlarda 20 nəfərin öldüyü, 63 nəfərin isə xəstəxanalarda müalicə aldığı bildirilib.


Ölkə mətbuatında yer alan xəbərlərdə yaralananların sayının 500-ü keçdiyi, 150-dən çox nümayişçinin saxlanıldığı bildirilib.

Digər xəbərlər