Fransa Ukraynaya yüzlərlə zirehli texnika və raketlər verəcək
Fransa Ukraynaya köhnə, lakin "hələ də işlək" olan yüzlərlə zirehli texnika, eləcə də "Aster" raketləri verəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornue bildirib.
"Belə böyük cəbhə xəttini qorumaq üçün Ukrayna ordusuna, məsələn, bizim VAB-ın təkmil zirehli texnikası lazımdır. Bu, qoşunların hərəkəti üçün tamamilə əsas amildir", - nazir "La Tribune" nəşrinə müsahibəsində qeyd edib.
"Hələ də işlək vəziyyətdə olan bu köhnə avadanlıq Ukraynaya əhəmiyyətli miqdarda birbaşa fayda verə biləcək. 2024-cü ildə və 2025-ci ilin əvvəlində yüzlərlə belə avtomobilin təqdim edilməsindən danışa bilərik", - o əlavə edib.
Qeyd edək ki, 40 ildən çox yaşı olan VAB zirehli transportyorları indi Fransa ordusunda yeni nəsil Qriffon zirehli maşınları ilə əvəz olunur.
Nazir əlavə edib ki, Kiyevin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün israrlı müraciətlərinə cavab olaraq, Paris həmçinin "Aster 30" raketlərinin yeni partiyasını buraxacaq.
Teqlər:
"Fransa Ukraynaya y\u00fczl\u0259rl\u0259 zirehli texnika v\u0259 raketl\u0259r ver\u0259c\u0259k"