ABŞ-də təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
ABŞ polisi şənbə günü gecə Nevada sərhədi yaxınlığında Kaliforniya şəhərciyində kiçik bir təyyarənin qəzaya uğradığını və iki nəfərin öldüyünü bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Məlumata görə, Truckee Polis Departamenti bildirib ki, tək mühərrikli təyyarə şənbə günü yerli vaxtla saat 18:30 radələrində Truckee-Tahoe hava limanına enməyə cəhd edərkən qəzaya uğrayıb.
Polisin məlumatına görə, iki nəfərin ölümü təsdiqlənib, lakin təyyarədə neçə nəfərin olduğu hələlik məlum deyil.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası hadisəni bazar günü araşdırmağa başlayacaq.
Truckee Nevada ştatının Reno şəhərindən 51,5 kilometr cənub-qərbdə yerləşir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net