Menyu

Hizbullah İsrailin Qolan təpələrindəki mövqelərinə hücum edib

Hizbullah İsrailin Qolan təpələrindəki mövqelərinə hücum edib

Hizbullah milisləri Qolan təpələri və Hermon dağında İsrailin mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında bildirilib

Qeyd edilib ki, Livanın cənubundan buraxılan kamikadze pilotsuz təyyarələr Birxettada artilleriya batareyasına və Şeba təpəsində düşmən qüvvələrinin cəmləşdiyi hədəflərə dəyib.

Hizbullah döyüşçüləri həmçinin çoxsaylı raket sistemləri ilə Yuxarı Qalileyə hücum edib, Kiryat Şmona şəhərində və Marqaliot, Malkiya və Menara yaşayış məntəqələrində hava hücumu sirenləri səslənib. Bu barədə əlavə məlumat verilmir.

İsrail artilleriyası cavab olaraq Vadi əs-Suluqi vadisinə və Hizbullah birləşmələrinin forpostlarının yerləşdiyi Kfar Killa, Houla və Əl-Xiyam yaşayış məntəqələrinin ətrafına zərbələr endirib. 

Teqlər:

"Hizbullah \u0130srailin Qolan t\u0259p\u0259l\u0259rind\u0259ki m\u00f6vqel\u0259rin\u0259 h\u00fccum edib"

Əlaqəli Xəbərlər