http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB

01 Aprel 2024 , 06:15
Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb.

"Operativ Media" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya Antalya və İzmiri geri ala bilməyib.

Türkiyənin Ali Seçki Komissiyası seçkilərin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir. Bu arada partiya liderləri və namizədlər artıq qələbələrini elan ediblər və ya məğlub olduqlarını etiraf ediblər. Yavaş və İmamoğlu əslində seçkilərdəki qələbələrini qeyd ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib, lakin bunun “son deyil, dönüş nöqtəsi” olduğunu bildirib

20:36 31.03.24

***

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə ilk nəticələr açıqlanıb.

"Operativ Media" xəbər verir ki, seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.

Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.

OXŞAR XƏBƏRLƏR
İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Ermənistanda polisə atəş açılıb

Ermənistanda polisə atəş açılıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu