ABŞ nümayəndəsi Qəzza zolağına nüvə zərbəsi endirməyə çağırıb
ABŞ nümayəndəsi Tim Valberq Qəzza zolağına nüvə zərbəsi endirməyi təklif edib.
"Operativ Media" xəbər verir ki, bu barədə “The Washington Post" məlumat yazıb.
“Görünən odur ki, Konqresin Respublikaçı üzvü Qəzza zolağına nüvə zərbəsinin endirilməsini təklif edib”, - nəşr qeyd edib.
Bir müddət əvvəl amerikalı jurnalist Taker Karlson bildirib ki, hazırda Co Bayden ABŞ-ni Rusiya ilə və Yaxın Şərqdə müharibələrə sürükləyir, dünya isə nüvə münaqişəsinə yaxınlaşır.