Moskva vilayətinin İstra şəhərində avtomobil körpüsü uçub.
"Operativ Media" Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahına istinadən xəbər verir ki, keçidin dağılmasına səbəb daşqın olub.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
İstranın rəhbəri Tatyana Vituşeva öz "Telegram" hesabında bildirib ki, keçid indi bağlanıb. Hadisənin ilkin səbəbi kimi suyun səviyyəsinin qalxması və torpağın eroziyası göstərilir.
Teqlər:
"Moskva yax\u0131nl\u0131\u011f\u0131nda avtomobil k\u00f6rp\u00fcs\u00fc u\u00e7ub"