Braziliya Putinin G20 sammitinə səfərini hüquqi cəhətdən təmin etməyə çalışır
Braziliya prezidenti Luiz İnasio Lula da Silva hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq, Rusiya lideri Vladimir Putinin İyirmilik Qrupu (G20) sammitinə səfərinin qanuni olaraq mümkün olması üçün çalışır.
"Operativ Media" xəbər verir ki, bu barədə "Folha di Sao Paulo" qəzeti məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin noyabrında Braziliya hakimiyyəti BMT-nin Beynəlxalq Hüquq Komissiyasına Rusiya prezidentinin 2024-cü ilin noyabrında Rio-de-Janeyroda keçiriləcək sammitdə iştirakının lehinə hüquqi arqumentləri olan sənəd təqdim edib. Sənədin mətnində Braziliya hökuməti birbaşa Putinin adını çəkməyib, lakin Rusiya lideri ilə mövcud vəziyyətə oxşar ssenari təqdim edib.
Qəzetin rəyinə istinad edən ekspertlərin fikrincə, bu sənəd məcburi deyil, Lula da Silva hökumətinin rəsmi mövqeyini ifadə edir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ölkənin Ədliyyə və İctimai Təhlükəsizlik Naziri Flavio Dino, Braziliyanın Roma Nizamnaməsində imzasını geri götürərək BCM-də iştirak etmək qərarına yenidən baxa biləcəyini söyləyib. Lakin bu hələ baş verməyib.