KİV: İsrailin Dəməşqə endirdiyi zərbənin qurbanları arasında iranlı diplomatlar da ola bilər
İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində bir neçə iranlı diplomat həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə İranın "Gənc Jurnalistlər Klubu" agentliyi məlumat yayıb və qeyd edib ki, məlumatın hələlik rəsmi təsdiqi yoxdur.
Bundan əvvəl Suriyanın SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdəki evə hücum etdiyini bildirib. İranın SNN telekanalının məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. Tasnim agentliyinin yenilənmiş məlumatlarına görə, bombardman nəticəsində altı yox, beş nəfər həlak olub.