17 Dekabr 2022, 21:15
Tanınmış iranlı aktrisa Təranə Əlidusti həbs edilib

Tanınmış iranlı aktrisa Təranə Əlidusti həbs edilib.
"Operativ Media" xəbər verir ki bu barədə İranın Məhkəmə Sisteminin mətbuat xidməti məlumat verib.
Məlumatda T.Əlidustinin həbs səbəbi açıqlanmayıb.
Qeyd edək ki, aktrisa Təranə Əlidusti bir müddət əvvəl ölkədəki etiraz aksiyalarına dəstək olaraq “İnstaqram” şəbəkəsində hicabsız fotosunu paylanmışdı.