18 Dekabr 2022, 09:15
ABŞ miqrantlarla bağlı fövqəladə vəziyyət elan edib
ABŞ miqrantlarla bağlı fövqəladə vəziyyət elan edib şəkil
ABŞ miqrantlarla bağlı fövqəladə vəziyyət elan edib

Amerikanın Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinin meri Oskar Lizer miqrantlarla əlaqədar fövqəladə vəziyyət elan edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “RİA Novosti“ məlumat yayıb.

Şəhər rəhbərinin sözlərinə görə, federal tərəfdaşlarla söhbətində ona çərşənbə günü (dekabrın 21-də) miqrantların sayının 2,5 mindən 6 minə qədər artacağı bildirilib.

“Bunun öhdəsindən gələ biləcəklərini soruşduqda, cavab yox idi. Belə bir vəziyyət dərhal hərəkətə keçməli olduğum anlamına gəlirdi”, - deyə Liser bildirib.

İzah edilib ki, fövqəladə vəziyyət hazırkı duruma cavab vermək üçün əlavə resurslar cəlb etməyə imkan verəcək. Bu əsasən miqrantlar üçün sığınacaqlara və hüquq-mühafizə orqanlarının işini təmin etməyə şərait yaradacaq.

Agentlik bildirir ki, şəhərin küçələrində sıfır və mənfi temperaturda açıq havada yatan miqrantların sayı artıb.

Son xəbərlər
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir
ABL: "Neftçi" "Ordu"nu məğlub etdi
Starmer və Tramp Ukraynadakı vəziyyəti və husilərə qarşı əməliyyatları müzakirə ediblər
Ukraynada 80 minə yaxın universitet tələbəsi hərbi təlim keçəcək