Rusiyada 170-dən çox reys təxirə salınıb
Nərmin Qocamanlı
Dekabrın 18-də Moskvanın “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” hava limanlarında 170-dən çox reys əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb və ya ləğv edilib.
"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
"Vnukovo”da 61 reys gecikib, 13-ü ləğv edilib, “Domodedovo”da 48 reys gecikib, ikisi ləğv edilib, “Şeremetyevo”da 41 reys gecikib, 10-u ləğv edilib",- məlumatda deyilir.
Jukovski hava limanının saytının məlumatına görə, orada dörd reys gecikir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net