19 Dekabr 2022, 10:19
Kanadada binaya silahlı hücum edilib, 6 nəfər ölüb

Kanadanın Toronto şəhərində atışma nəticəsində 6 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, Kanadanın York qraflığının Voqan şəhərində bir binaya silahlı hücum nəticəsində hücumçu da daxil olmaqla 6 nəfər həlak olub.
Xəstəxanaya çatdırılan bir nəfərin həyati təhlükəsinin olmadığı bildirilib.
York Rayon Polisi (YRP) hadisənin Ceyn küçəsi və Ruterford Road bölgəsindəki yaşayış binasında baş verdiyini bildirib.
Polis hücumçunun polis tərəfindən öldürüldüyünü bildirib.
Qeyd edək ki, Kanadada kütləvi atışmalara nadir hallarda rast gəlinir. Toronto uzun müddətdir ki, dünyanın ən təhlükəsiz böyük şəhərlərindən biri kimi tanınır.