SEPAH Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan tankeri ələ keçirib
Nərmin Qocamanlı
İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən tankeri ələ keçirib,12 nəfəri saxlanılıb.
"Operativ Media" İran mediasına istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 330 min litr qaçaqmal yanacaq daşıdığı aşkarlanan tankeri ələ keçirib .
Tankerdə olan 12 nəfər saxlanılıb. Hələlik məsələnin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib.