
Rusiya Müdafiə Nazirliyi birgə regional gücün yaradılması çərçivəsində Belarusa gələn rus əsgərlərinin bir sıra təlimlər keçirəcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, nazirliyin verdiyi açıqlamada Belarusdakı rus əsgərlərinin intensiv hərbi təlim keçdiyi və hərbi koordinasiya tempinin yüksək olduğu açıqlanıb.
Rusiya qüvvələrinin tabor səviyyəsində taktiki təlimlər keçirəcəyini bildirən nazirlik təlimlərdən sonra yekun koordinasiya mərhələsində qoşunların döyüş qabiliyyətinin və döyüş hazırlığının yekun qiymətləndirilməsinin aparılacağını qeyd edib.
Rusiya və Belarus İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin pisləşməsi ilə əlaqədar oktyabr ayında birgə regional güc yaratmaq qərarına gəliblər. Rusiya qüvvələri təxminən 10.000 əsgərdən ibarət birgə regional qüvvəyə qoşulmaq üçün Belarusa hərəkət etmişdi.