19 Dekabr 2022, 16:12
Zaxarova: Yunanıstanın S-300-ləri Ukraynaya ötürmək planları təxribat xarakterlidir
Yunanıstanın S-300-ləri Ukraynaya ötürmək planları təxribat xarakterlidir, Kiyevə göndərilən bütün hərbi texnika Rusiya Silahlı Qüvvələri tərəfindən məhv ediləcək.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Yunanıstan rəhbərliyi son vaxtlar Krit adasında yerləşən S-300PMU-1 zenit-raket komplekslərini Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərini almaq şərti ilə Ukraynaya təhvil verməyə hazır olduğunu daha çox bəyan edir.