19 Dekabr 2022, 19:02
Almaniya Şimali Koreyanın ballistik raket sınaqlarını pisləyir
Almaniya Şimali Koreyanın ballistik raket sınaqlarını pisləyir şəkil
Almaniya Şimali Koreyanın ballistik raket sınaqlarını pisləyir

Almaniya Şimali Koreyanın ballistik raket sınaqlarını qeyri-qanuni hesab edir və bunu qəti şəkildə pisləyir.


"Operativ Media" xəbər verir ki, bu Almaniya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir.


Açıqlamada Şimali Koreyanın 2022-ci ilin əvvəlindən beynəlxalq hüququ pozan misli görünməmiş raket atışları ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərə məhəl qoymadığı və beləliklə də beynəlxalq təhlükəsizlik və sabitliyi təhlükəyə atdığı vurğulanıb.

Bəyanatda həmçinin Almaniya Şimali Koreyanı kütləvi qırğın silahlarına və ballistik raketlərin inkişaf etdirilməsi proqramlarına tamamilə və dönməz şəkildə son qoymağa çağırıb.

Son xəbərlər
Tramp BCM-nin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib
Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"