Qırğızıstanda 2024-cü ildə ÜDM-in həcminin 1,4 trilyon somu keçəcəyi proqnozlaşdırılır

Nərmin Qocamanlı
Qırğızıstanda 2024-cü ildə ÜDM-in həcminin 1,4 trilyon somu keçəcəyi proqnozlaşdırılır

2024-cü ildə Qırğızıstanın ümumi daxili məhsulu 1 trilyon 410 milyard somu keçəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sədri Akılbek Japarov Prezident Administrasiyasının kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, real artım 6 faiz səviyyəsində gözlənilir. 2023-cü ildə inflyasiya 13,9 faizdən 10,8 faizə düşüb.

“Biz bu ilin birinci rübünü ÜDM-in 8,8 faiz artımı ilə başa vurduq. Biz ölkə büdcəsinin gəlirlərini təxminən 3 dəfə artırmışıq. 2023-cü ildə icmal büdcə 575 milyard somu ötüb, 2024-cü ildə isə 600,7 milyard manat nəzərdə tutulub. Amma Maliyyə Nazirliyi bu rəqəmi aşacağını proqnozlaşdırır. Yaxın üç ildə büdcənin 1 trilyona yaxınlaşması ilə bağlı yaxşı proqnozlar var”, - Akılbek Japarov bildirib.

Digər xəbərlər