http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İqtisadiyyat Nazirliyində “UK Export Finance” qurumunun qlobal mənşə üzrə həmsədri ilə görüş keçirilib

25 Aprel 2024 , 15:14
İqtisadiyyat Nazirliyində “UK Export Finance” qurumunun qlobal mənşə üzrə həmsədri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” qurumunun (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomasla görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatı, investorlar üçün yaradılan imkanlar, azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib. Azərbaycanda COP29-la bağlı həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir müavini bu çərçivədə əməkdaşlığın önəmini vurğulayıb.

Emma Tomas təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Azərbaycanla tərəfdaşlıqda infrastruktur, nəqliyyat, “yaşıl” enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və digər istiqamətlər üzrə imkanları qeyd edib.

Tərəflər əlaqələrin mümkün istiqamətləri, o cümlədən, UKEF-in maliyyə alətlərinin Azərbaycanda istifadəsi imkanlarını, tərəfdaşlığın qurulması üçün təmasların davam etdirilməsi məsələlərini müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

ANAMA İdarə Heyətinin sədri  ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

ANAMA İdarə Heyətinin sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu