http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası keçirilib

25 Aprel 2024 , 17:08
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası keçirilib

Energetika Nazirliyində Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası onlayn formatda keçirilib.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, energetika nazirinin müavini Orxan Zeynalovun və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasir Əl Dossarinin həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilib.

İclasda neft və neft məhsullarının alqı-satqısı, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Səudiyyə Ərəbistanı istiqamətində neft məhsullarının təchizatı, neft-kimya sektorunda ticarət və birgə sərmayələr imkanları müzakirə edilib. İki ölkə arasında “OPEC plus” formatında əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Bərpa olunan enerji sahəsində dinamik inkişaf edən əlaqələr çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə əməkdaşlıq layihələrindən bəhs edilib. Şirkətlə imzalanmış külək, günəş, yaşıl hidrogen, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair sənədlərdən irəli gələn məsələlər və layihələrin reallaşdırılması sahəsində konkret addımlar müzakirə edilib.

İclasda, həmçinin enerji tənzimlənməsi, enerji səmərəliliyi, Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi kimi məsələlər nəzərdən keçirilib. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində mümkün yaşıl enerji keçidi təşəbbüsləri çərçivəsində iki ölkənin əməkdaşlıq edəcəyi razılaşdırılıb.

İclasda Azərbaycan tərəfindən Energetika Nazirliyi ilə yanaşı, SOCAR və “Azerenerji” ASC-nin nümayəndələri iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

ANAMA İdarə Heyətinin sədri  ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

ANAMA İdarə Heyətinin sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu