http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb

25 Aprel 2024 , 19:31
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb

25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında təlim və inkişaf sahəsi üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bu barədə "Operativ Media"ya SOCAR-dan bildirilib. 

Qeyd edilib ki, sənəd hər iki dövlət qurumunun intensiv əməkdaşlıq münasibəti qurmaqla əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsini nəzərdə tutur. Memorandum tərəflərin birgə və ya SOCAR-a aid müxtəlif mövzularda keçirilməsi nəzərdə tutulan təlim və inkişaf tədbirlərinin DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkilini, qurumların əməkdaşlarının qarşılıqlı təlimlərdə iştirakını, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) müvafiq infrastrukturunun DVX tərəfindən istifadəsini və TTSİ təlimlərində DVX əməkdaşlarının müvafiq şərtlərlə iştirakını, elektron təlim materiallarının qarşılıqlı mübadiləsini və digər məsələləri əhatə edir.

Əməkdaşlıq haqqında Memorandumu DVX-nın rəis müavini Samirə Musayeva və SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva imzalayıblar.

Tədbirdə çıxış edən Ziba Mustafayeva, Samirə Musayeva, SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, DVX İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, DVX rəisinin müşaviri Sərxan Həşimov əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən danışıb və kommunikasiyanın qurulmasından məmnunluq ifadə ediblər.

Qeyd edək ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi və gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

ANAMA İdarə Heyətinin sədri  ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

ANAMA İdarə Heyətinin sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu