http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

‘’Ermənistanın Azərbaycandan təbii qaz alması üçün bir sıra mühüm məsələlər ətrafında müzakirə aparılmalıdır’’ - Deputat

26 Aprel 2024 , 13:50
‘’Ermənistanın Azərbaycandan təbii qaz alması üçün bir sıra mühüm məsələlər ətrafında müzakirə aparılmalıdır’’ - Deputat

“Ermənistan və  Azərbaycan arasında qaz satışı ilə bağlı heç bir anlaşma yoxdur. Təbii ki, bizim Rusiya ilə qazla bağlı əməkdaşlığımız var və əvvəlki dövrlərdə də bu əməkdaşlıq olub. Ona görə bu əməkdaşlıq kontekstində Azərbaycan yoxsa Rusiya qazının Ermənistana satılmasını izləmək praktiki olaraq mümkün deyil, çünki bu sadəcə Rusiya və Azərbaycan arasındakı əməkdaşlıqdır”.

Bunu “Operativ Media” ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycandan mavi qaz alması üçün bir sıra mühüm məsələlər ətrafında müzakirə aparılmalıdır.Yalnız bu proselərdən sonra Ermənistan və Azərbaycan arasında təbii qazla bağlı əməkdaşlıq mümkün ola bilər:

“Bununla belə Ermənistan tərəfi Azərbaycan təbii qazını almaq niyyətində olduğunu bəyan edib və əslində sülh müqaviləsini bağlandıqdan sonra tərəflər arasında fərqli məsələlər arasında müzakirələrin aparılacağı istisna deyil. O cümlədən təbii ki, kommunikasiyaların bərpa edilməsi, buna uyğun olaraq müəyyən ilkin əməkdaşlıq mexanizmlərinin formalaşması haqqında müzakirələr və s. Ona görə də, bu baxımdan Ermənistan tərəfi belə bir istəyini nümayiş etdirib. Amma, təbii ki, bu əməkdaşlığın olması üçün Ermənistanın ilk növbədə sülh müqaviləsini imzalamasına ehtiyac var. Sülh müqaviləsi imzalandıqdan sonra isə əməkdaşlıq formatlarına baxılması mümkün ola bilər".

OXŞAR XƏBƏRLƏR
Paşinyan Aİİ sammiti üçün Moskvaya gedə bilər

Paşinyan Aİİ sammiti üçün Moskvaya gedə bilər

Daha bir sahibkara güzəştli kredit verilib

Daha bir sahibkara güzəştli kredit verilib

Xaricdən ölkəmizə pul köçürmələri niyə azalıb?

Xaricdən ölkəmizə pul köçürmələri niyə azalıb?

XƏBƏR LENTİ
  • Dünən
    23:51

    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
  • Dünən
    23:26

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Dünən
    23:21

    "Fənərbağça" çempionluq yolunda vacib xal itirdi
  • Dünən
    23:08

    ABŞ Ukraynaya qoşun yeritmək niyyətində deyil
  • Dünən
    22:53

    Lukaşenko Putinlə hərbi-siyasi məsələləri müzakirə edəcək
  • Dünən
    22:39

    Makron: Fransa Çinin Rusiya ilə uzunmüddətli münasibətlərinə hörmət edir
  • Dünən
    22:24

    Cinpin: Ukrayna böhranını yeni soyuq müharibə üçün bəhanəyə çevirməyin əleyhinəyik
  • Dünən
    22:09

    ABŞ və Rumıniya liderləri Ukrayna və enerji məsələlərini müzakirə edəcəklər
Menyu