Menyu

Orenburq vilayətində su basmış 1,7 min ev söküləcək

Nərmin Qocamanlı
Orenburq vilayətində su basmış 1,7 min ev söküləcək


Rusiyanın Orenburq vilayətində daşqın nəticəsində su basmış 1,7 min ev söküləcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Orenburq vilayətinin qubernatoru və hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Mütəxəssislər ümumilikdə 5007 evə baxış keçirib, onlardan 3201-nin əsaslı təmirə, 1745-nin təhlükəli və sökülməli olduğu müəyyən edilib, 61 evin yaşayış üçün yararlı olduğu müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, 22 min yaşayış məntəqəsində və 10,7 min fərdi torpaq sahəsində dezinfeksiya işləri aparılıb.

180 km yol örtüyü selin nəticələrindən təmizlənib.

Rayonda əhalinin hepatit A-ya qarşı peyvənd edilməsi istiqamətində 141 645 nəfər peyvənd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər