Menyu

“Barselona” və “Real” “Aston Villa”nın futbolçusunu istəyir

Operativ Media
“Barselona” və “Real” “Aston Villa”nın futbolçusunu istəyir
1 dəq oxu

"Barselona” və “Real Madrid” İngiltərənin “Aston Villa” klubunda çıxış edən isveçrəli yarımmüdafiəçi Joan Manzambinin transferi ilə maraqlanır.

Operativ Media xəbər verir ki, “Football Insider” nəşrinin məlumatına görə, 21 yaşlı futbolçu Premyer Liqada mövsümə uğurlu başlaması ilə İspaniya nəhənglərinin diqqətini cəlb edib.

Manzambi 2026-cı ilin yayında Almaniyanın “Frayburq” klubundan təxminən 60 milyon avroya “Aston Villa”ya keçib. O, yeni komandasında keçirdiyi 6 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu “Nyukasl”la görüşdə (1:0) qələbə qolunun müəllifi olub.

Yarımmüdafiəçinin “Aston Villa” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Buna görə də İngiltərə klubu futbolçunu satmaq məcburiyyətində deyil. Mənbənin məlumatına əsasən, mümkün transfer üçün 100 milyon avro və ya daha yüksək məbləğdə təklif tələb oluna bilər.

“Transfermarkt” portalı Manzambinin bazar dəyərini 65 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər